Əfqanıstanda məsciddə terror aktı; ölənlər var
ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanı ələ keçirən "Taliban" paytaxt Kabildə məscidə bomba hücumu nəticəsində mülki şəxslərin öldüyünü bildirib.
Hədəf seçilən Əidgah məscidində "Taliban" sözçüsü Zəbihullah Mücahidin anasının anım mərasiminin keçirildiyi bildirilib. "Taliban" hücumda 12 nəfərin öldüyünü və 32 nəfərin yaralandığını açıqlayıb. Avqustun 26-da "İŞİD-Xorasan" terror qruplaşması tərəfindən Kabil aeroportuna edilən hücumlarda onlarla insan həlak olmuşdu. (eastnews.org) Oxşar xəbərlər
|