İsrail rejiminin keçmiş generalı müsəlmanları bir-birinə qarşı çıxarmaq planlarını izah etdi
İsrail rejiminin beyin mərkəzi və araşdırma institutu İNSS, sionist rejim ilə bəzi ərəb ölkələri arasında imzalanan normallaşma müqaviləsinin birinci ildönümü ilə əlaqədar olaraq İsrail rejiminin müxtəlifl rəsmilərinin iştirakı ilə bir panel təşkil edib.
Deyerler.org Rasthaber-ə istinadən xəbər verir ki, paneldə çıxış edənlərdən biri də, İsrail rejiminin Milli Təhlükəsizlik Şurasının keçmiş sədri Meir Ben Şabbat olub. Şabbat ABŞ-ın prezidenti Cozef Baydenin İbrahim sazişlərinə ABŞ-ın eks-prezidenti Donald Trampa nisbətən daha az sadiq olduğunu söyləyib. Baydenin doğru şeylər söylədiyini, lakin Tramp qədər qətiyyətli olmadığını qeyd edən Şabbat, belə deyib: “Trampdan daha yavaş hərəkət etsə də, düşünürəm ki, zamanla bu məsələni daha ciddiyə alacaq”. Panelin digər iştirakçısı İsrail rejiminin keçmiş baş qərargah rəisi Gadi Eisenkot isə, İranın nüvə proqramını sürətlə inkişaf etdirdiyini qeyd edərək, belə danışıb: “İranın nüvə silahına və ya regional hegemonluğuna malik olmaması üçün mötədil (mülayim) sünni düşərgəsini gücləndirməliyik”. Çıxış edənlər arasında İsrail rejiminin Mossad Xarici Kəşfiyyat Xidmətinin İran masasının keçmiş rəisi Sima Şine də olub. Keçmiş Mossad rəsmisi İsrail rejiimi və ərəblərdən ibarət yeni müttəfiqlərinin İran qorxusu ilə ortaq cəhətləri olduğunu, ancaq İrandan gələn təhdidlərə tamamilə eyni pəncərədən baxmadıqlarını söyləyib. Körfəz ölkələrinin ABŞ-ın prezidenti Bayden tərəfindən dəfələrlə məyusluğa uğradığını söyləyən Şine, İrana qarşı çıxmaqla tam razılaşa bilmədiklərini də qeyd edib. Mossadın keçmiş vitse-prezidenti Ram Ben Barak isə, Səudiyyə rejiminin hələ də Tehranı həddindən artıq marjinallaşdırmaq istəməyəcəklərini qeyd edərək, İsrail rejiminin İrana edəcəyi hər hansı hava zərbələrində Səudiyyə rejiminin öz hava sahəsinin istifadəsinə icazə verməyəcəyini düşündüyünü söyləyib. Oxşar xəbərlər
|