Fıstıq beynə necə təsir edir?
İspan alimlərinin apardığı araşdırmaya görə, gündəlik fıstıq istehlakı sağlam gənclərdə idrak funksiyasına və stresə müsbət təsir göstərir.
Tərkibi sağlamlıq üçün faydalı olan yağ turşuları, zülallar, lif, polifenollar və digər bioloji aktiv birləşmələrlə zəngindir. Ancaq onun beyin fəaliyyətinə təsiri hələ tam olaraq öyrənilməmişdir. "Deyerler.org"un ria.ru-ya istinadən verdiyi xəbərə görə, Barselona və Madriddən olan tədqiqatçılar gündəlik qida rasionuna fıstıq məhsulları əlavə edən 19-33 yaşlarında 63 sağlam gəncdən ibarət qrup yığıb. Alimlər kortizol kimi stres reaksiyalarının biokimyəvi göstəriciləri ilə əlaqəli koqnitiv testlər və təhlillərdən istifadə edərək, gündəlik qida rasionuna yerfıstığı və ya fistıq tərkibli məhsullar əlavə edən insanların idrak funksiyalarının yaxşılaşmasını və stresə qarşı müsbət reaksiya verməsini göstərib. Alimlər fıstıq tərkibli məhsulların qida rasionuna əlavə edilməsinin bağırsaq-beyin mikrobiota sisteminə müsbət təsirini də qeyd edib. Oxşar xəbərlər
|