35-ci Beynəlxalq İslami Vəhdət Konfransında 52 ölkədən qonaq iştirak edəcək
35-ci Beynəlxalq İslami Vəhdət Konfransı “İslami vəhdət, sülh və İslam dünyasında münaqişə və ixtilafdan çəkinmək” mövzusu ilə sabah Tehranda öz işina balayacaq.
Maide.Az xəbər verir ki, oktyabr ayının 19-dan 24-dək keçiriləcək konfransda dünyanın 52 ölkəsindən alim, siyasətçi və yazar iştirak edəcək. Pandemiya səbəbindən müxtəlif ölkələrdən bəzi qonaqlar online fomatda konfransa qatılacaq. Konfransın açılış mərasimində İran prezidenti Seyid İbrahim Rəisi, rəsmilər və bu ölkədə olan diplomatik korpusların nümayəndələri iştirak edəcək. İslami Məzhəblərin Yaxınlaşması Beynəlxalq Assambleyasının təşkilatçılığı ilə keçirilən konfransda müharibə və ədalətli sülh,islami qardaşlıq və terrorizmlə mübarizə, təkfirçilik və ifratçılıqla mübarizə, islami həmrəylik, gərginlik və qarşıdurmalardan qaçınma və islami məzhəblərarasında qarşılıqlı hörmət kimi mövzular müzakirə olunacaq. Konfransın son mərasimi 24 oktyabr tarixində Peyğəmbəri - Əkrəmin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq. Oxşar xəbərlər
|