Gürcüstan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalandı
ABŞ-ın müdafiə naziri Lloyd Austinin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Müdafiə nazirlikləri arasında saziş imzalanıb.
Məlumata əsasən, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar. C.Burçuladze görüşdən sonra bildirib ki, ABŞ ilə möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafına, həmçinin bölgədə sülhün və təhlükəsizliyin qorunmasına imkan verir. Bu gün biz ABŞ ilə strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq. Pentaqon rəhbəri isə bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir. Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcək, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcək və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik. (eastnews.org) Oxşar xəbərlər
|