Suriya Baş Müftisi Vəhdət həftəsindən danışdı
Suriyanın Baş Müftisi Şeyx Əhməd Bədrəddin Hassun Vəhdət həftəsi ilə bağlı çıxış edib.
O, çıxışı zamanı vurğulayıb ki, Vəhdət həftəsi ilə bağlı təşkil olunan konfranslar İslam ümmətinin gələcəyi üçün keçirilir. "Bu konfranslardan çox ümidliyik. Məzhəb fərqliliyinə baxmayaraq vəhdəti qorumaq zəruridir", - deyə Şeyx Əhməd Bədrəddin Hassun diqqətə çatdırıb. Şeyx Əhməd Bədrəddin Hassun qeyd edib ki, düşmənlər bu gün İslam ümməti arasındakı vəhdəti pozmağa çalışır. (eastnews.org) Oxşar xəbərlər
|