Bu qidalardan istifadə ağılın itirilməsinə səbəb olur
“Dementia Australia” təşkilatının üzvləri daha çox yaşlılarda müşahidə edilən və əqli funksiyaların itirilməsilə müşaiyət olunan demensiya xəstəliyinə səbəb olan qida məhsullarını açıqlayıblar.
Onlar tərkibində zənginləşdirilmiş və trans yağlar olan ərzaqların xəstəliyin inkişafını sürətləndirdiyini bildiriblər. Belə məhsullara kərə, palma və kokos yağları, salo, yağlı süd məhsulları, həmçinin şokolad aid edilib. Bununla yanaşı, fastfud, qəlyanaltı və şirniyatların da demensiya riskini bir neçə dəfə artırdığı qeyd olunub. (İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir) Oxşar xəbərlər
|