İraqın Baş Nazirinə dronlu hücum
Dünən gecə saatlarında İraqın baş naziri Mustafa Kaziminin igamətgahına dronlar vasitəsilə silahlı hücum həyata keçirilib.
Məlumata görə, dronlardan biri raket atıb, digəri isə avtomatik silahdan atəş açıb. Hücum zamanı 10 nəfər yaralanıb, baş nazir özü xəsarət almayıb. Hazırda hücumun kim tərəfindən həyata keçirilməsi haqqında rəsmi açıqlama verilməyib. Siyasətçilər hücumu pisləyən bəyanat verirlər. (İslamazeri.com) Oxşar xəbərlər
|