Serbiya müsəlmanlarının mənəvi lideri vəfat etdi
Mьəllif: Admin
Tarix: 8-11-2021, 19:36
Bцlmə: Xəbərlər
Serbiya müsəlmanlarının mənəvi lideri vəfat etdi
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Serbiyadakı bosniyalı müsəlmanların lideri Muamer Zukorliç 51 yaşında vəfat edib.

O, həm də Həqiqət və Barışıq Partiyasının başçısı idi və bu partiya son seçkilər zamanı Serbiya parlamentində 4 kürsüyə sahiblənə bilib.

Bundan başqa, Zukorliç parlamentin vitse-sədri idi.

Siyasi partiya yaratmazdan öncə isə o, Serbiya İslam Cəmiyyətinin müftüsü idi.

O, 6 noyabrda Novi Pazar şəhərindəki İslam Elmləri Fakültəsindəki məşğələlərindən sonra infarkt nəticəsində həyatını itirib.

Serbiya müsəlmanlarının siyasi və mənəvi lideri bu gün dəfn edilib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031