İranın Xarici İşlər Nazirliyi Zəfər günü münasibətilə Azərbaycanı təbrik edib
Mьəllif: Admin
Tarix: 8-11-2021, 19:37
Bцlmə: Xəbərlər
İranın Xarici İşlər Nazirliyi Zəfər günü münasibətilə Azərbaycanı təbrik edib
“İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və həm də onu dəstəkləyir. Ötən il işğalda olan ərazilərin bir qismi azad ediləndə İran bu ölkə dövlətinə və xalqına təbrik dedi. İndi də bu hadisənin birinci ildönümündə bu qələbəni alqışlayır.

SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İran XİN sözçüsü bu gün keçirilən mətbuat konfransında ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığı və onu dəstəklədiyini bildirib.

O, bildirib ki, ötən il ərazilərin bir qismi azad ediləndə İran Azərbaycan dövləti və xalqını təbrik edib və indi də qələbənin ildönümünü alqışlayır.

“İndi Azərbaycanla İran arasında vəziyyət belədir ki, bəzi anlaşılmazlıqlar geridə saxlanılıb. Bu anlaşılmazlıqlar əsasən media müstəvisində açıqlanmışdı.

İki ölkə rəhbərliyinin iradəsi əlaqələrin genişləndirilməsidir”, deyə İran XİN sözçüsü əlavə edib ki, iki ölkənin rəsmiləri arasında sözügedən media müstəvisindəki anlaşılmazlıqların təkrarlanmaması üçün və əlaqələrin genişləndirilməsi istiqamətində müntəzəm danışıqlar aparılır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031