İranda güclü zəlzələ baş verib
İranın Hormuzqan əyalətində baş verən 6.4 ballıq zəlzələ nəticəsində bir nəfər həyatını itirib və 83 nəfər müxtəlif dərəcələrdə xəsarət alıblar.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat verib. Bildirilib ki, Hormuzqan əyalətində baş verən zəlzələ nəticəsində indiyə qədər bir nəfər həyatını itirib və 83 nəfər müxtəlif dərəcələrdə xəsarət alıblar. Qeyd edək ki, zəlzələnin mərkəzi İranın Bəndər-Abbas şəhərinin sahilinə yaxın sularda yerləşən Laft adasında olub. Zəlzələ iki dəfə 6.4 və 6.3 gücündə baş verib. Bu zəlzələ körfəz ölkələrindən BƏƏ və Bəhreyndə də hiss edilib. İranın birinci vitse-prezidenti zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə nəzarət etmək üçün bölgəyə gedib. Oxşar xəbərlər
|