Hicablı xanımdan Kanada seçkilərində tarixi qələbə
Kanadalı müsəlman namizədlərin sentyabr seçkilərindəki uğurlarından sonra Londondan olan (Ontario) daha bir hicablı xanım şəhər şurasına seçilib.
O, bu postu tutan ilk müsəlman xanım kimi tarixə düşüb. “Özlərini hər kəsdən fərqli hiss edən insanlar özlərini məndə görə bilərlər. Mənim misalım digərlərini də məqsədlərinə nail olmağa ruhlandıra bilər”, – deyə Məryəm Hamu bildirib. Xatırladaq ki, sentyabr seçkiləri zamanı 12 müsəlman namizəd qalib gəlib. Castin Trüdonun oktyabrda elan etdiyi yeni nazirlər kabinetində 2 müsəlman da var. Ömər Əlqəbrə nəqliyyat naziri, Əhməd Hüseyn isə yaşayış inşası naziri olub. Oxşar xəbərlər
|