Gürcüstan “3+3” təşəbbüsü ilə bağlı mövqeyini Rusiyaya çatdırdı
Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakı nəzərdən keçirməyəcəyini Rusiya tərəfinin diqqətinə çatdırıb.
Məlumata əsasən, qonşu ölkənin mövqeyini Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya tərəfinə bildirib. Xüsusi nümayəndənin Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə bu gün keçirdiyi görüşdə ölkələr arasında ticari-iqtisadi, əmlak və humanitar məsələlər müzakirə olunub. Görüşdə Rusiya tərəfi Gürcüstanın “3+3” təşəbbüsünə münasibəti ilə maraqlanıb. Z.Abaşidze qeyd edib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək. (eastnews.org) Oxşar xəbərlər
|