"Məhəmməd" İngiltərə və Uelsdə ən çox qoyulan oğlan adıdır
Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, "Məhəmməd" adı müxtəlif yazılışlarla keçən il İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox qoyulan ad olub.
Milli Statistika idarəsi, körpə adlarını doğum haqqında şəhadətnamədə yazılan kimi sıraladığından, adın müxtəlif yazılışlarını ayrıca hesablayır. Statistikaya görə, "Oliver" adı keçən il 4232 britaniyalı oğlan uşağına qoyulmuş ad olub. Lakin Məhəmməd adı İngiltərə və Uelsdə fərqli yazılışları nəzərə alınmaqla 6784 körpəyə qoyulan ən populyar ad olub. Son bir il ərzində İngiltərə və Uelsdə 3710 körpəyə (Muhammad), 1615 körpəyə (Mohammed) və 751 körpəyə (Mohammad) adı verilib. Toplamda, o, ölkədə ən populyar oğlan adı olub. İngiltərədəki müsəlman azlığın təxminən 3 milyon nəfər olduğu təxmin edilir. Onlar əsasən hindistanlı, banqladeşli və pakistanlıdırlar. Onların əksəriyyəti İngiltərədə, xüsusən də paytaxt Londonda yaşayır. (İQNA) Oxşar xəbərlər
|