Ayətullah Sübhani: Əmr be məruf edərkən həmin şəxsin heysiyyətini qoruyun
"Bizim din öndərlərimiz 14 əsr əvvəl ən incə məqamları bizə bəyan ediblər.” İslamazeri.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə tanınmış təqlid mərcələrindən olan Ayətullah Cəfər Sübhani İslamın 10 vaciblərindən olan Əmr be məruf və nəhy əz münkər (Yaxşılığa əmr etmək və pislikdən çəkindirmək) edən zaman diqqət edilməsi lazım olan məsələdən danışıb. Ayətullah Cəfər Sübhani insanlar arasında birini nəsihət etməyin onu qınamaq olduğu barədə hədis qeyd etdikdən sonra deyib: “Məhərrəm ayında və digər vaxtlarda minbərlərdə xütbə edənlər bu nöqtəyə diqqət etməlidir və xitab etdiyi şəxslərdən heç birini bu formada incitməməlidir. Əmr be məruf və nəhy əz munkər vacibdir. Lakin insanların qürur və şəxsiyyətini qorumaq da vacibdir. Bu vacibatı yerinə yetirən zaman həmin şəxslərin heysiyyəti qorunmalıdır. Bir hədis və rəvayəti insanları ifratçılığa istiqamətləndirən formada bəyan edən xətibi, çıxışı bitdikdən sonra bir kənara çəkib belə deyə bilərsiniz: Bağışlayın, bu hədis fikirlərimi qarışdırdı. Mümkündürsə, təkrar edə bilərsinizmi ki, mənasını təkrar nəzərdən keçirək. Bu formada o xətibin heysiyyətini qorumuş olarsınız. Əhli-Beytin (ə) həyatı bizim üçün nümunə olmalıdır. Bizim din öndərlərimiz 14 əsr əvvəl ən incə məqamları bizə bəyan ediblər.” Oxşar xəbərlər
|