Konya məscidində Sultan Səlim dövrünə aid Quran əlyazması tapılıb
Mьəllif: Admin
Tarix: 28-11-2021, 13:16
Bцlmə: Xəbərlər
Konya məscidində Sultan Səlim dövrünə aid Quran əlyazması tapılıb
Konyanın Qarapınar bölgəsindəki tarixi Sultan Səlim məscidinin anbarında 450 illik Quran tapılıb.

Bu səhifələrdə Osmanlı Sultanı II Səlim tərəfindən bu məscidə hədiyyə edilmiş Quran nüsxəsinin 10 cüzü var.

Qarapınar Müftisi Yunis Aydın, Anadolu Xəbər Agentliyinə deyib ki, Quranın əlyazma ayələrini kəşf etməkdən çox həyəcanlanırlar.

O, bildirib ki, Osmanlı sultanı II Səlim tərəfindən hazırlanmış bu məsciddə aşkar edilmiş Quran əlyazması çox qiymətlidir.

Bu əsəri tədqiq etdiyimiz zaman gördük ki, orada Sultan II Səlimin və Qarapınarın adı çəkilmişdir.

Qarapınar Müftisi qeyd edib ki, Sultan Səlim xan öz şahzadəliyi dövründə Qarapınarda çoxlu əsərlər yaratmışdır.

Bu Quran 30 cüzdən ibarətdir. Ancaq biz onun 10 cüzünü tapmışıq. Onun üz qabığında Sultan Səlim xanın Qarapınar şəhərinə hədiyyəsi yazılmışdır. Amma xəttatın kimliyi və onun yazılma tarixi məlum deyil.
(İQNA)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031