ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə etdi
Mьəllif: Admin
Tarix: 30-11-2021, 10:27
Bцlmə: Xəbərlər
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə etdi
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına dəstəyini bir daha təsdiqləyib.

Bu barədə Dövlət Departamentinin Riqada keçiriləcək NATO-nun Xarici İşlər Nazirləri toplantısından öncə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcütanla Ukraynanın Alyansın üzvü olacağı qeyd olunan sənədi dəstəkləməkdə davam edir.

Bu ölkələrin illik milli proqramlarında NATO-ya inteqrasiya yolunun ətraflı əks edildiyi vurğulanıb.

Qeyd edək ki, NATO XİN başçılarının iclası Riqada noyabrın 30-da keçiriləcək. Gürcüstanı toplantıda Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani təmsil edəcək.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031