Azərbaycan, İran və Gürcüstandan tranzit yol razılaşması
İranın yollara nəzarət və nəqliyyat təşkilatının tranzit və beynəlxalq nəqliyyat şöbəsinin müdiri Cavad Hidayəti ISNA ilə müsahibədə bildirib ki, yeni tranzit yolunun işə salınması Fars Körfəzini Qara dənizə qovuşdura bilər.
İranlı rəsminin bildirdiyinə görə, anlaşmanın iki əsas tərəfi, İran və Gürcüstandır. Bu razılaşmada İran vasitəsilə Fars Körfəzinin azad sularına, Gürcüstan vasitəsilə Qara dənizə, çünki bu ölkənin şərqində iki mühüm ticarət limanına malikdir. "Azərbaycan Respublikası və Gürcüstanın nəqliyyat rəsmilərilə əldə olunan razılaşmaya əsasən, hər ölkədən olan gəmilər İrandan yüklənib, İranın ixracat mallarını məqsədə çatdırmalıdırlar. Tranzit malları İranın şimalında yerləşən Astaradan Azərbaycan Respublikasına daxil olub, Gürcüstan limanları vasitəsilə Qara dənizdən Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə göndərilməlidir. Yeni tranzit istiqaməti şərqi və cənubi Asiya ölkələri üçün bir çox mənafeyə malik ola və onları Şərqi Avropaya qovuşdura bilər.", -deyə Cavad Hidayəti bildirib. (İslamazeri.com) Oxşar xəbərlər
|