İranla böyük dövlətlərin nüvə danışıqlarında irəliləyişlər var - KİV
İranla böyük dövlətlərin Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışıqlarından müsbət siqnallar gəlir.
İranın nümayəndə heyətinə yaxın mənbələr İSNA-a bildiriblər ki, Vyanada nüvə danışıqları irəliyə doğru hərəkət atmosferində gedir. Həmçinin Tasnim agentliyi İranın nümayəndə heyətinə yaxın mənbələrə istinadla məlumat verib ki, rəsmi Tehranın təklifləri və layihələri masa üzərindədir və müzakirə edilir. Eyni zamanda BBC Avropa mənbələrinə istinadla məlumat verib ki, İran iyun ayında verilmiş mətnin müzakirəsinə hazır olduğunu bildirib. Bundan öncə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan instaqram səhifəsində yazıb ki, “yaxşı sazişin əldə edilməsi üçün nümayəndə heyəti istənilən qədər Vayanada qala bilər.” Qeyd edək ki, nüvə sazişi ABŞ-ın 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxması, İrana qarşı sərt sanksiyalara başlaması, ardınca rəsmi Tehranın sazişdə olan öhdəliklərini azaltmasından sonra ləğv olmaq təhlükəslə üzləşib. (SalamNews) Oxşar xəbərlər
|