Xarici Ümrə zəvvarları üçün Səudiyyə Ərəbistanının ən son şərtləri
Mьəllif: Admin
Tarix: 13-12-2021, 11:04
Bцlmə: Xəbərlər
Xarici Ümrə zəvvarları üçün Səudiyyə Ərəbistanının ən son şərtləri
Misir rəsmisinin sözlərinə görə, Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına daxil olmaq üçün son şərtlər açıqlanıb.

Səudiyyə Ərəbistanında Misir İşçi Həmkarlar İttifaqının vitse-prezidenti Adil Hənəfi, "Russia Today"ə müsahibəsində deyib: "Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin Ümrə İşləri Agentliyi, Ümrə ayinlərini yerinə yetirmək məqsədi ilə Səudiyyə Ərəbistanına daxil olmaq üçün son olaraq iki şərt təyin edib.

Birinci şərt odur ki, səlahiyyətli ölkələrdən ki, Misir ora daxil deyil, birbaşa girişin iki hal var: Bu ölkələrdən gələnlər Fayzer, Astrazenka, Moderna, Jonson və Jonson peyvəndlərindən birinin dozasını tamamlayıblarsa, təşkilati karantinə ehtiyac olmadan Səudiyyə Ərəbistanına daxil ola bilərlər.

Lakin həmin ölkələrdən gələnlər Sinofarm-Sinovac-Kvaxin peyvəndlərindən birinin dozasını tamamlayıblarsa, 3 gün müddətində karantində olacaqlar. PCR analizi karantin tarixindən 48 saat sonra göndərilir. Əgər bu analiz mənfi olarsa, üçüncü gündən sonra dərhal daxil olurlar.

Hənəfi deyib: "İkinci şərt budur ki, Səudiyyə Ərəbistanına Ümrə ayinlərini yerinə yetirmək üçün gələnlərin hamısı Səudiyyə Ərəbistanına girməzdən əvvəl maksimum (72) saat ərzində PCR testindən keçməlidir. Nəticə mənfi və kodu (QR) olmalıdır ki, bu da bütün ölkələrdən gələnlər üçün etibarlı sertifikat deməkdir."
("İQNA")
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031