İslam mediada mənfi işıqlandırılır
Mьəllif: Admin
Tarix: 19-12-2021, 10:32
Bцlmə: Xəbərlər
İslam mediada mənfi işıqlandırılır
Britaniya Müsəlmanları Şurasının sifarişi ilə aparılan araşdırma nəticəsində məlum olub ki, mediada yazılan məqalələrin demək olar ki, 60%-i İslamı mənfi əks etdirir. Hər beş məqalədən biri İslamı, terrorizm və ya ekstremizmlə əlaqələndirir.

Bu araşdırmada Media Monitorinq Mərkəzi 2018-2019-cu illər arasında İslam və Müsəlmanların adını çəkən 34 media təşkilatı tərəfindən yayımlanan 48 mindən çox onlayn məqalə və 5500 klipi təhlil edib.

162 səhifəlik bu araşdırma "The Mirror" və "Sunday Times" kimi nəşrlərin redaktorları tərəfindən müsbət qarşılanıb. Onlar bildiriblər ki, xəbər agentlikləri öz auditoriyası qarşısında dəqiq və insaflı olmağa borcludurlar.

Bu tədqiqat, həmçinin sıravi müsəlmanları cinayət, terror və ya ekstremizmlə əlaqələndirməkdən və xəbər otaqlarında irqi və sosial müxtəlifliyi daha çox yaymaqdan çəkinməyi tövsiyə edib. Habelə dərc etdikləri xəbərlərdə media yönümünün mümkünlüyü barədə jurnalistləri məlumatlandırmaq kimi tövsiyələr verib.
("İQNA")
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031