Filippin Mərkəzi Bankının İslam bankçılığının inkişafı üçün səyləri
Mьəllif: Admin
Tarix: 19-12-2021, 10:38
Bцlmə: Xəbərlər
Filippin Mərkəzi Bankının İslam bankçılığının inkişafı üçün səyləri
Filippin Mərkəzi Bankının sədri Benjamin E.Diokno açıqlamasında deyib: "İslam maliyyələşdirmə standartları üzrə tənzimləyici orqanlardan biri olan İslam Maliyyə Təşkilatlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) ilə sıx əməkdaşlıq Filippində bu sektorun böyüməsini sürətləndirə bilər."

O, bildirib ki, AAOIFI standartlarının qəbulu, İslam maliyyələşdirməsi sahəsində potensialın artırılması və texniki yardım sahəsində əməkdaşlığı genişləndirəcək.

Filippin Mərkəzi Bankının İslam bankçılığı və maliyyələşdirmə sənayesini gücləndirmək təşəbbüsü, 11439 saylı Respublika Qanununa və ya 2019-cu ilin avqustunda qəbul edilmiş İslam Bankçılığı Qanununa uyğundur.

Filippin Bankı ilə AAOIFI arasında Anlaşma Memorandumu İslam İnkişaf Bankının ev sahibliyi etdiyi 16-cı İllik AAOIFI Konfransı çərçivəsində virtual tədbir zamanı imzalanıb.
("İQNA")
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031