Səfir: İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək
Mьəllif: Admin
Tarix: 20-12-2021, 10:42
Bцlmə: Xəbərlər
Səfir: İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək
Seyid Abbas Musəvi tvitində yazıb: İƏT dəhlizinin (Pakistan, İİR, Türkiyə) canlanmasından və Şimal-Cənub Qlobal Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan Respublikası, İİR, Fars körfəzi və Hindistan) sınaqdan keçirilməsindən sonra bu həftə biz yeni dəhlizin (İİR, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa) aktivləşməsinin şahidi olacağıq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Bakıdakı səfiri elan edib: İran İslam Cümhuriyyəti, Azərbaycan Respublikası, Gürcüstan, Qara dəniz və Avropanın yeni dəhlizi bu həftə işə salınacaq.

Seyid Abbas Musəvi tvitində yazıb: İƏT dəhlizinin (Pakistan, İİR, Türkiyə) canlanmasından və Şimal-Cənub Qlobal Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan Respublikası, İİR, Fars körfəzi və Hindistan) sınaqdan keçirilməsindən sonra bu həftə biz yeni dəhlizin (İİR, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa) aktivləşməsinin şahidi olacağıq.

Qeyd edək ki, Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) və Rusiya, Türkiyə və İran İslam Respublikası da daxil olmaqla üç qonşu ölkədən ibarət “3+3” adlandırılan regional əməkdaşlığın ilk iclası qeyd olunan ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 10 dekabrda Moskvada keçirilib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031