Misir prezidenti Əhli-Beytə (ə) aid hərəmlərin təmiri ilə bağlı göstəriş verib
Mьəllif: Admin
Tarix: 23-12-2021, 15:16
Bцlmə: Xəbərlər
Misir prezidenti Əhli-Beytə (ə) aid hərəmlərin təmiri ilə bağlı göstəriş verib
Misir prezidenti Əbdül-Fəttah Əs-Sisinin sözçüsü tərəfindən yayılan rəsmi bəyanatda vurğulanıb: "İmam Hüseyn (ə), Seyid Nəfisə və Həzrət Zeynəbin (ə) hərəmi kompleks şəkildə genişləndirilir.

Bu plana məscidlərin daxili salonları və bu müqəddəs yerlərin memarlıq bəzəkləri daxildir. Həmçinin bu ziyarətgahların tarixi-mənəvi mahiyyəti ilə həmahəngdir."

Misir prezidenti həmçinin ziyarətgahların ətrafında, o cümlədən küçələr, meydanlar və ziyarətgaha gedən girişlər kimi xidmət və imkanların artırılmasının vacibliyini vurğulayıb.

İmam Hüseynə (ə) aid edilən hərəm, həmçinin Həzrət Zeynəb və Seyid Nəfişəyə aid edilən iki hərəm Qahirənin ən məşhur dini yerləri hesab olunur.

Bu hərəmləri hər il çoxlu sayda Əhli-beyt aşiqləri və müxtəlif sufi qrupları ziyarət edir.
("İQNA")

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031