Misirli kor qız 18 ayda Quranı bütünlüklə əzbərləyib
Roy əl-Seyyid əl-Mütəvəli, Misirin əl-Duxliya əyalətinin Təmi l-Əmdid rayonunun Kəfr Səncab kəndində Əl-Əzhər məktəbinin altıncı sinfində oxuyur.
O, kor olmasına baxmayaraq, kənddəki Quran müəllimlərindən olan Şeyx Əl-Əhmədinin yanında il yarıma Qurani-Kərimi bütünlüklə əzbərləməyi bacarıb. Bu kor Misirli yeniyetmə Quranı əzbərləmə üsulu haqqında belə deyir: "Mobil telefonumda olan Quran proqramı vasitəsilə Quran ayələrini dinləyir və əzbərləyirdim. Bununla belə, dərslərimdə də irəliləyiş əldə etdim." ("İQNA") Oxşar xəbərlər
|