"İnsanlar süni şəkildə qorxulu infeksiyaya yoluxdurulacaq"
İslamazeri.com “news.ru”-ya istinadən xəbər verir ki, yaxın zamanda koronavirus pandemiyası tənəzzül yaşayacaq, lakin onun yerini təbii çiçək epidemiyası tutacaq və baş verən ölümlərin sayı 3 dəfə çox olacaq.
Bu fikirləri ABŞ-lı milyarder Bill Geyts səsləndirib. Onun sözlərinə görə, buna səbəb bioterrorçuluq ola bilər. “Microsoft” şirkətinin qurucusu qeyd edib ki, insanları kütləvi toplaşma yerlərində süni şəkildə qorxulu infeksiyaya yoluxduracaqlar. “Əgər bioterrorçular 10 hava limanına təbii çiçək xəstəliyi gətirsələr, bunun dünyaya olacaq təsiri bizə məlumdur. Təbii baş verən epidemiyalar var və bioterrorçuluğun səbəb olduğu epidemiyalar da var. İkincisi hətta bizim indi yaşadığımız( pandemiya)dan da pis ola bilər”, - deyə Geyts əlavə edib. Oxşar xəbərlər
|