General Süleymani və Əbu Mehdi Əl Mühəndis sui-qəsdinin ildönümüdür
Mьəllif: Admin
Tarix: 2-01-2022, 20:19
Bцlmə: Xəbərlər
General Süleymani və Əbu Mehdi Əl Mühəndis sui-qəsdinin ildönümüdür
İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" güclərinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndisə qarşı törədilən terror aktından 2 il keçir.

Qeyd edək ki, terror aktı ABŞ tərəfindən İraq hökümətindən icazə almadan və məlumat vermədən törədilmişdir.

Buna görə, İran beynəxalq məhkəmələr daxil olmaqla, öz məhkəmə sistemlərində cinayət işi açmış və günahlarların cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirir.

Bu arada İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei Qasim Süleymaninin ailə üzvləri və anım mərasimləri təşkilatçılari ilə görüşdə deyib:

"Düşmənlər Süleymaninin, Əbu Mehdinin və onun digər yoldaşlarının şəhadəti ilə işin bitəcəyini düşünürdülər, lakin bu gün nahaq yerə tökülən o əziz qan sayəsində ABŞ Əfqanıstandan qaçıb, İraqda amerikalılar getmiş kimi davranmağa və hərbi varlığı olmadan, məsləhətçi rolu elan etməyə məcbur olublar, ki, əlbəttə iraqlı qardaşlarımız bu məsələni ayıqlıqla izləməlidirlər.

Yəməndə müqavimət cəbhəsi irəliləyir; Suriyada düşmən gələcəyə ümidsiz iflic vəziyyətindədir və ümumilikdə regionda müqavimət və anti-imperializm cərəyan iki il əvvəlkindən daha firavan, daha canlı və daha ümidlidir".

"Bu gün Süleymani regionumuzda ümid, özünə inam, rəşadət simvolu və dözüm və qələbənin sirridir və bəzilərinin haqlı olaraq, dediyi kimi, şəhid Süleymani düşmənləri üçün general Süleymanidən daha təhlükəlidir", - deyə İslam İnqilabı rəhbəri Ayəyullah Xamenei bildirib. (İslamazeri.com)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031