Makron 20 ildir fəaliyyət göstərən “Fransa Müsəlman Şurası”nı ləğv etdi
Mьəllif: Admin
Tarix: 13-01-2022, 11:41
Bцlmə: Xəbərlər
Makron 20 ildir fəaliyyət göstərən “Fransa Müsəlman Şurası”nı ləğv etdi
İslamazeri.com İran mediasına istinadla xəbər verir ki, Fransa hökuməti, ölkədəki müsəlmanların bir sıra İslam birliklərinin hüquq və vəhdət üçün təhdid hesab etdikləri “İslami Əsaslar Xartiyası” adlı sənədi Fransada həyata keçirmək üçün Fransa Müsəlmanları Şurasını İslam Məclisi adlı qurumla əvəz edib.

Fransa hökuməti 20 il fəaliyyət göstərən və ölkədaxili qarşıdurmaların və mübahisələrin şahidi olan Fransa Müsəlmanları Şurasının əvəzinə “Fransa İslam Məclisi” adlı qurumun yaradıldığını elan edib.

Plan Fransa prezidenti Emanuel Makron tərəfindən təsdiqlənib və Fransada son illərdə əyalət səviyyəsində keçirilən görüşləri tamamlamaq üçün yaxın vaxtlarda ölkədəki müsəlmanların nümayəndələri ilə İslam Məclisi adlı konfrans keçiriləcək.

Fransa Müsəlman Şurasının rəhbəri Məhəmməd Musəvi də İslam Məclisinin formalaşmasını dəstəklədiyini açıqlayaraq, şuranın artıq fəaliyyətini davam etdirə bilməyəcəyini və buraxılması lazım olduğunu bildirib; Bununla belə, nə qədər İslam birliyinin yeni quruma qoşulmağa hazır olduğu hələlik bəlli deyil.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031