Almaniyada məscid yanğını ilə bağlı araşdırmalara başlanılıb
Polis hadisənin qəsdən törədildiyini və təxribat ola biləcəyini bildirir.
Polisin verdiyi məlumata görə, şənbə günü yerli vaxtla saat 23:00-da Chemnitzdəki Əl-Fatih məscidində yanğın baş verib. Əl-Fatih Məscidinin Dərnəyinin rəhbəri Ənis Sezgi deyib ki, bu məscid hazırda yanğın nəticəsində bağlıdır. Yanğının dəqiq səbəbi hələlik məlum deyil. O, xatırladıb ki, zaman-zaman məscidin poçt qutusuna təhdid məktubları atılırdı. ("İQNA") Oxşar xəbərlər
|