İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezident Aparatından verilən məlumata görə, söhbət zamanı Türkiyə-İran əlaqələri və regional məsələlər müzakirə olunub.
R.T.Ərdoğan telefon danışığında yaxınlarda İranın paytaxtı Tehranda reallaşacaq Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Toplantısı və bu çərçivədə imzalana biləcək müqavilələrlə bağlı işlərin sürdüyünü söyləyib. Qafqazda barış və sabitliyin hakim olması istiqamətində də səylərini davam etdirdiklərini vurğulayan Ərdoğan bu çərçivədə Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə inkişaf etdirdikləri 3+3 Platformasından sonra Türkiyənin belə tədbirlərə ev sahibliyi etmək arzusunda olduqlarını qeyd edib. (İslamazeri.com) Oxşar xəbərlər
|