Millət vəkili müsəlman olduğu üçün Consonun kabinəsindən qovulub
Britaniya Mühafizəkarlar Partiyasının nümayəndəsi Nüsrət Qəni deyir ki, 2020-ci ildə o, Boris Conson administrasiyasındakı vəzifəsindən azad edilib. Səbəb isə onun İslam dininə inanması olub.
Qəni deyir ki, parlamentin intizam işləri üzrə rəhbəri ona deyib ki, onun müsəlman olması məsələsi həmin il hökumətin qərargahında keçirilən kabinə dəyişikliyi iclasında qaldırılıb. Qəninin müsəlman olması onun həmkarlarını narahat etdiyi bildirilib. Qənnin "Sunday Times" qəzetinə verdiyi müsahibəsində bu şokedici ittihamlar mühafizəkar qanunvericilər, eləcə də müxalifət partiyaları tərəfindən dərhal pislənib. Onlar bu işin araşdırılmasını istəyiblər. Britaniya Mühafizəkarlar Partiyasının lideri Boris Consondan da bununla bağlı araşdırma aparmasını tələb ediblər. ("İQNA") Oxşar xəbərlər
|