Nigeriyada tələbələr üçün hicabdan istifadəyə icazə verilib
Mьəllif: Admin
Tarix: 29-01-2022, 21:26
Bцlmə: Xəbərlər
Nigeriyada tələbələr üçün hicabdan istifadəyə icazə verilib
Nigeriyanın Kavara əyalətinin rəsmiləri bundan sonra əyalətdə qız tələbələrin hicabdan istifadəsinin qanuni olacağını açıqlayıb.

Dövlət rəsmiləri Nigeriyada fikir və din azadlığının vacibliyini vurğulayıblar.

Kavarara əyalətində hicab taxmaq azadlığı haqqında qanun əvvəl 2021-ci ilin fevralında qəbul edilmişdi. Lakin əyalətdəki xristianların etirazı səbəbindən qanun tətbiq olunmadı.

Müsəlmanlar və xristianlar arasında məsələ ilə bağlı fikir ayrılıqları səbəbindən əyalətdə bəzi məktəblər də bir müddət bağlanmışdı.

Əyalətdə qız tələbələr üçün hicab azadlığı qanununun tətbiqi bölgənin müsəlman və xristian liderləri arasında razılıq əldə edildikdən sonra başlayıb.
("İQNA")
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031