Ayətullah Gülpayiqani haqqın rəhmətinə qovuşdu
"Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq.”
İslam dünyasının tanınmış müctəhidi Ayətullah Safi Gülpayeqani bu gün İranın Qum şəhərində haqqın rəhmətinə qovuşub. Bu barədə mərhum alimin dəftərxanası bəyanat verib. Bəyanatda bildirilib ki, İslam dini və Əhli-Beyt (ə) yolunda böyük zəhmətlər çəkmiş müctəhid ötən gecə Qum şəhərində yerləşən Gülpayeqani xəstəxanasında 102 yaşında vəfat edib. Qeyd edək ki, Ayətullah Safi Gülpayeqaninın İslam dini və Əhli-Beyt (ə) maarifinin təbliği və izahı ilə bağlı yüzdən çox əsərin müəllifidir. Onun “Muntəxəbul-əsər fil-İmam əs-sani əşər” əsəri çox mütaliə edilən kitablar arasındadır. Əlavə edək ki, Ayətullah Safi Gülpayeqani İranın Nəzarətçilər Şurasının ilk katibi olub. "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" Lütfullah Safi Gülpayganinin vəfatı münasibətiylə ailəsinə, yaxınlarına, müctəhidlərə və şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı verir. Oxşar xəbərlər
|