Səudiyyə iki məşhur İslam alimini həbs edib
Mьəllif: Admin
Tarix: 2-02-2022, 13:07
Bцlmə: Xəbərlər
Səudiyyə iki məşhur İslam alimini həbs edib
Səudiyyə Ərəbistanının tanınmış Şiə alimlərindən olan Şeyx Kazım əl-Əmari bu günlərdə Səudiyyə Mühafizə qüvvələri tərəfindən saxlanılıb.

Səudiyyə məhkəməsi digər Şiə din alimi Şeyx Əbdüllətif əl-Nasiri isə 8 il müddətinə azadlıqdan məhrum edib.

Mərkəzi Londonda yerləşən əl-Nəbaa Tv xəbər kanalı, Səudiyyə Ərəbistanında "Terror məhkəməsi" kimi tanınan bir məhkəmənin ölkənin şərqində - əl-Dəmmamda yaşayan Şeyx Əbdüllətif əl-Nasir haqqında həbs qərarı verdiyini bildirib.

Şeyx Nasir 2019-cu ilin İyun ayında ailəsiylə birlikdə səyahət edərkən Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında yerləşən əl-Mülk Fəhd körpüsündə saxlanılıb.

Səudiyyə rəsmiləri Şeyx Nasiri istintaq mərkəzinə təhvil verdikdən sonra Şeyxlə bütün əlaqələr kəsilib. Onun haqqında irəli sürülən ittihamlar məlum deyil və mühakimə edilməsinin ədalətli olmadığı bildirilir. Şeyx Nasir təxminən iki il yarım həbsdən sonra yenidən 8 il həbs cəzasına məhkum edilib.

Səudiyyə Mühafizə qüvvələri bu həftənin əvvəlində həmçinin, Şeyx Kazım əl-Əmarini də həbs edib.

Şeyx Kazım əl-Əmari Mədinənin öndə gələn Şiə din alimlərindən biri olmaqla, mühüm dini şəxsiyyətlərdən olan Şeyx Məhəmməd Əli əl-Əmarinin oğludur.

Şeyx Məhəmməd əl-Əmari Əhli-Beytin (ə) müqəddəslərini müdafiə etdiyi və Şiələr üçün ədalət istədiyi üçün 45 il müddətinə azadlıqdan məhrum edilən və işgəncələrə məruz qalan səudiyyəli Şiə din alimi olmuşdur.
(İslamazeri.com)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031