Azərbaycanın İrandakı səfiri Ayətullah Xameneinin Urmiya üzrə nümayəndəsilə görüşüb
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Urmiyaya səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsilə görüşüb.
İnterAz SalamNews-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının səfiri bu barədə rəsmi tvitter hesabında yazıb. Səfir İranın Qərbi-Azərbaycan əyalətinə səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsi Seyid Mehdi Qureyşi ilə görüşdüyünü bildirib. Səfir həmçinin əlavə edib ki, o bu səfər çərçivəsində Qərbi-Azərbaycan əyalətinin ostandarı Məhəmməd-Sadiq Mötəmədiyanla, Urmiya şəhər bələdiyyəsinin sədri Hüseyn Mehdizadə və sair rəsmilərlə görüş keçirib. Qeyd edək ki, səfir bundan öncə Təbrizdə işgüzar səfərdə olub. Oxşar xəbərlər
|