İsrail əsgərlərindən növbəti dəhşətli cinayət: 14 yaşlı fələstinlini güllələdilər
İşğalçı İsrail rejimi İordan çayının Qərb sahilində növbəti dəhşətli cinayətə əl atıb.
Belə ki, sionist rejim qüvvələri Beyt Ləhm əyalətinin əl-Xıdr qəsəbəsində dinc fələstinlilərə qarşı döyüş və rezin güllələrdən, həmçinin qaz qumbaralarından istifadə edib. Bu zaman 14 yaşlı Məhəmməd Şəhadət döyüş gülləsi ilə yaralanıb. Rejim qüvvələri tibb işçilərinə yaralı Məhəmmədə kömək etməyə imkan verməyiblər, nəticədə də o, qan itkisindən həyatını itirib. Yeniyetmə şəhid 7-ci sinifdə oxuyurdu. Fələstin XİN bəyan edib ki, bu insident İsrail rejiminin fələstinlilərin fiziki məhvinə yönəlmiş növbəti qanlı cinayətidir və azyaşlıya qarşı bu cür cinayət İsrail rejimi ordusunun mənəvi pozğunluq səviyyəsini nümayiş etdirir. (islamazeri.com) Oxşar xəbərlər
|