Rəisi: NATO-nun genişlənməsi ciddi təhdiddir
Ötən gün İran və Rusiya prezidentləri Seyid İbrahim Rəisi və Vladimir Putin arasında telefon danışığı baş tutub.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat barədə məlumat verib. İran prezidenti bildirib ki, NATO-nun şərqə doğru genişlənməsi müxtəlif regionlardakı müstəqil ölkələrin sabitlik və təhlükəsizliyi üçün cddi təhdiddir, gərginliyə səbəb olur. Bundan başqa, Rəisi Ukraynadakı hadisələrin Rusiya və Ukrayna xalqlarının və bütün regionun maraqları çərçivəsində başa çatacağına ümidini ifadə edib. Həmçinin tərəflər İranın nüvə proqramı ilə Vyanada aparılan danışıqlar barədə də müzakirə aparıblar. Oxşar xəbərlər
|