HƏMAS: "Bütün İslam ümməti Qüdsü sionizmdən qorumalıdır"
İsrail rejiminin işğalı altındakı Qüds şəhərinin sakinləri onun islami çöhrəsini qətiyyətlə qoruyub saxlayır. İslamazeri.com "palinfo"-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) aparıcı siyasi rəhbərlərindən biri Muşir əl-Məsri bəyan edib. O, "Qüds qılıncı" döyüşünün Fələstin xalqını "Yalnız bütün formalardakı müqavimət son və qeyd-şərtsiz qələbə gətirmək qabiliyyətindədir" şüarı altında tam şəkildə birləşdirdi. O əlavə edib ki, fələstinlilər "Fələstin və Qüdsün azadlığı yolu ilə hərəkət edirlər". Əl-Məsri qeyd edib ki, bütün İslam ümməti müqəddəs şəhəri - Qüdsü sionizmdən qorumalıdır. Oxşar xəbərlər
|