Ayətullah Xameneidən Ukrayna böhranına münasibət
Mьəllif: Admin
Tarix: 2-03-2022, 10:27
Bцlmə: Xəbərlər
Ayətullah Xameneidən Ukrayna böhranına münasibət
İranın Ali lideri Ayətullah Xamenei Məbəs günü münasibəti ilə çıxış edib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o deyib ki, ayrı-ayrı insanların iradəsi Allahın iradəsinə tabe olan zaman insanlar qeyri-mümkün kimi görünən şeyləri edə bilirlər. Bu təcrübə bütün tarix boyu təkrarlanır və oxşar hal İran xalqı üçün də baş verdi - ölkədəki monarxiya aradan qaldırıldı.

Ayətullah Xamenei bildirib ki, Pəhləvi rejimini ABŞ, Böyük Britaniya və hətta son illərdə SSRİ də dəstəkləyirdi, lakin İran xalqı bu quruluşun məhvinə nail oldu.

O qeyd edib ki, ABŞ dünyada müasir cəhalətin, mədəniyyətsizliyin təzahürü və diskriminasiya və böhranın izharıdır. Mahiyyətcə, ABŞ rejimi böhran yaradan bir rejimdir və Ağ Ev həmin böhranların hesabına öz mövcudiyyətini təmin edir.

"Əgər onlar (ABŞ) böhran yarada bilmirsə, o zaman silah istehsalı şirkətləri də maksimumda işləyə bilmir", - deyə o qeyd edib və əlavə edib ki, ABŞ bu mafiyanın maraqlarını təmin etmək üçün böhranlar yaratmalıdır.

"Əlbəttə, biz Ukraynadakı müharibəni dayandırmağa çağırırıq və istəyirik ki, müharibə bitsin. İstənilən böhranın həlli yalnız böhranın kökü bəlli olan halda mümkündür və Ukraynada da bu ("kök") ABŞ və Qərbin siyasətidir", - deyə o əlavə edib.

Ayətullah Xamenei vurğulayıb ki, xalq - ölkələrin müstəqilliyinin təminatçısıdır. Əgər xalq Ukraynada meydana çıxsa idi, Ukrayna hökuməti və xalqının vəziyyəti belə olmazdı.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031