"Azərbaycan Rusiya və Ukraynanı dialoqa çağırır"
“Azərbaycan Ukraynadakı hazırkı böhranın dinc əhali arasında böyük itkilərə səbəb olmasından təəssüflənir”.
İslamazeri.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı bildirib. O, dinc əhalinin həyatının və infrastrukturunun qorunmalı olduğunu vurğulayıb: “Bu böhranın, xüsusən də onun dinc əhaliyə təsirinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”. XİN rəhbəri Azərbaycanın Ukraynaya humanitar yardım göndərdiyini xatırladıb. “Azərbaycan dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların zəruriliyini qeyd edir”, - C.Bayramov deyib. Oxşar xəbərlər
|