İranda Məbəs bayramı münasibətilə 741 məhbus əfv edilib
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi gün - Məbəs bayramı münasibətilə həbsdə olan 741 nəfərin əfv olunması barədə fərman imzalayıb.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsini Əjeyi bayram münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 741 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub. Ali Lider həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Oxşar xəbərlər
|