Hökumət fövqəladə birifinq zamanı açıqladı: "Avropa İttifaqına üzvülük üçün müraciət göndərilir"
Ukraynanın ardınca Gürcüstan da tezləşdirilmiş şəkildə Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu almaq üçün, müraciət hazırlayır.
Bu barədə hakim partiyanın rəhbəri İrakli Kobaxidze, az öncə keçirdiyi brifinq zamanı bildirib. O açıqlamasında Avropa İttifaqını edilən müraciətə fövqəladə bir vəziyyətdə baxmağa çağırıb: "Gürcü Arzusunun 2024-cü il seçki proqramında güclü islahatlar sayəsində Avropa İttifaqına üzvlük barəsində müraciəti tezləşdirilmiş bir müraciətdən daha üstün olacaq. Ancaq, ümumi siyasi kontekst və yeni reallığı nəzərə alaraq, partiyanın siyasi şurasının üzvləri, ilk növbədə isə baş nazirlə məsləhətləşmələr nəticəsində Gürcü Arzusunun siyasi komandası təxirəsalınmaz qaydada Avropa İttifaqına namizəd ölkə statusu olmaqla bağlı müraciət üçün siyasi bir qərar aldı. Gürcüstan hökuməti baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə artıq tezləşdirilmiş qaydada Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu almaq üçün müraciət hazırlayır. Bu barədə müraciət Gürcüstan hökuməti adından Avropa İttifaqının qurumlarına sabah təqdim ediləcək. Avropa İttifaqının İnstutularını Gürcüstanın müraciəti fövqəladə bir vəziyyətdə müzakirə etməyə çağırıram", - deyə Kobaxidze əlavə edib. Onun sözölərinə görə, Gürcüstanın Rusiya əleyhinə sanksiyalara qoşulmaması ilə Avropa İttifaqına üzvlük məsələsini əlaqələndirmək təmamilə qəbuledilməzdir. (24news.ge) Oxşar xəbərlər
|