Ayətullah Sistani Pakistanda məsciddə terror aktı ilə bağlı bəyanat verib
İslam dünyasının tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Pakistanın Pişəvər şəhərində 56 nəfərin ölümü ilə nəticələnmiş terror aktı haqda bəyanat verib.
İnterAz SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Sistaninin dəftərxanası Pişəvərdə məscidə hücumu kəskin şəkildə pisləyib, Pakistanda və digər ölkələrdə inanclıların təhlükəsizliyinin təmin edilməsini istəyib. Başsağlığı ilə başlayan bəyanatın davamında deyilir: “Nəcəf-Əşrəfdə yerləşən Elmi Hövzə və Şiənin Ali Mərcəiyyəti müsəlmanlar arasında təfriqə yaradan bu iyrənc cinayəti pisləyirlər. Elmi Hövzə və Şiə Mərcəiyyəti Pakistan hökumətindən istəyir ki, müdafiəsiz xalqı terror qruplarının cinayətlərindən və zülmündən qorusun, bu mövzüda lazımi qabaqlayıcı addımlar atsın və dini mərasimlərin radikal barbar firqələrin vəhşi hücumlarına məruz qalmasına imkan verməsin.” Qeyd edək ki, ötən gün Pişəvər şəhəri ərazisində əsasən şiə inanclılarının cümə namazına toplaşdığı məscidə silahlı hücum edilib və daha sonra məscidin içində partlayış törədilib. Burada azı 56 nəfər şəhid olub. Daha 60 nəfər yaralanıb. İŞİD terror təşkilatı bu hücumu üzərinə götürüb. Oxşar xəbərlər
|