HƏMAS-dan İsrail prezidentinin Türkiyəyə səfərinə REAKSİYA
İslami Müqavimət Hərəkatı (Həmas) sionist işğalçı rejim rəsmiləri və idarəçilərinin müxtəlif Ərəb və İslam ölkələrinə, son olaraq isə İsrail rejiminin başçısı İsak Hersoqun Türkiyəyə səfərini böyük narahatlıqla izlədiklərini bəyan edib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, HƏMAS mətbuata açıqlamasında, işğalçı liderlərin ərəb və islam ölkələrinə səfərlərini son dərəcə narahatedici hesab etdiyini, sionist işğalçıların bu bölgələrə yol açmasına və bu yerlərin əhalisinin mənafeyinə toxunmasına icazə verilməməli olduğunu bildirib. "Hüquqlarımızı tapdalayanlar, Qüdsü və Məscidül-Əqsanı yəhudiləşdirənlər, Qəzza zolağında xalqımıza qarşı blokadanı və düşmənçiliyi davam etdirən, minlərlə əsiri azadlıqdan məhrum etməyə davam edən, uşaqlarımızı öldürən, evlərimizi dağıdan və xalqımızı öz yurdundan qovan sionist rejimlə bütün münasibətlərin rədd edilməsi mövzusunda prinsipial mövqe tuturuq". HƏMAS Fələstinin müsəlmanların ilk qibləsinin və ümmətin mənafelərinin qalası mövqesində olduğunu və buna görə də, buranı müdafiə edən Fələstin xalqı ilə həmrəy olmağın və ona dəstək verməyin vacibliyini, həmçinin, Fələstin xalqının qətiyyətli mövqeyinin gücləndirilməli olduğunu xatırladaraq, bunun tamamilə qəsbkar sionist düşmənin maraqlarına zidd olduğunu vurğulayıb. Oxşar xəbərlər
|