Çexiyanın İraqdakı səfiri Həzrət Əbəlfəzlin (ə) hərəmini ziyarət edib
Çexiya Cümhuriyyətinin İraqdakı səfiri Petr Stepanek Həzrət Əbəlfəzlin (ə) pak hərəmini ziyarət edib və hərəmin Baş direktoru Seyyid Mustafa Mürtəza Ziyauddinlə görüşüb.
Görüşdə mədəni və elmi layihələr, həmçinin müqəddəs Kərbəla şəhəri ilə bağlı xidmət layihələri müzakirə edilib. Səfir daha sonra Əl-Kəfil Əlyazmalar və Nadir Əsərlər Muzeyini, Əl-Amid Təhsil Kompleksini və Əl-Kəfil Xəstəxanasını gəzib. Ziyarətin sonunda açıqlama verən səfir Stepanek Həzrət Əbəlfəzlin Ağanın hərəmini ziyarət etməkdən məmnun olduğunu dilə gətirib. (İslamazeri.com) Oxşar xəbərlər
|