İraqın şimalında ABŞ və “Mossad” qüvvələrinin olduğu baza ballistik raketlərlə hədəfə alınıb
İraqın Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbildə yerləşən və xarici hərbi qüvvələrin olduğu hərbi bazanın ərazisi ballistik raketlərlə hədəfə alınıb.
Bu barədə Ərbil valiliyindən məlumat verilib. Az keçməmiş İran KİV-ləri məlumat yayıblar ki, Ərbildə əl-Hərir hərbi qərargahında olan “Mossad”-ın iki təlim korpusu ballistik raketlərlə hədəfə alınıb. Həmçinin İraqın şimalında Süleymaniyyə əyalətində də partlaytışların olduğu deyilir. Qeyri-rəsmi mənbələr ballistik raketlərin Təbrizdən atıldığını və bu hücumun bir neçə gün öncə Suriyada İsrailin aviazərbələrində həlak olan iki iranlının intiqamı olaraq həyata keçirildiyini bildirirlər. (SalamNews) Oxşar xəbərlər
|