Dünyanın səssiz qaldığı Yəməndə son iki ayda 47 uşaq öldürülüb
Yəməndə yanvar-fevral ayında münaqişə nəticəsində 47 uşaq öldürülüb və ya xəsarət alıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə UNİCEF məlumat yayıb. Təşkilat bildirir ki, cari ilin ilk 2 ayı ərzində 47 uşaq öldürülüb və ya xəsarət alıb. 2014-cü ildə müharibə başlayandan 10 200-dən çox uşaq ölüb və ya yaralanıb. Ölkədə 2500-dən çox məktəb dağıdılıb, və ya hərbi ehtiyaclar üçün istifadə edilir. BMT-nin statistikasına görə, Yəməndəki münaqişə 380 000 nəfərin həyatına son qoyub. Əhalinin 80%-i humanitar yardımlardan asılı vəziyyətdə yaşayır. Oxşar xəbərlər
|