Ayətullah Xamenei Avropa Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
İslam İnqilabı rəhbəri Avropadakı müsəlman gənclərə müraciət edib
Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğulayıb. İslam İnqilabının Rəhbərinin müraicətinin tam mətni: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə Əziz gənclər! Bu günlərdə baş verən siyasi və hərbi proseslər dünyanın güman edilən tarixi dönüşünün bir hissəsini təşkil edir. Bu mərhələdə böyük xalqımızın elitası və seçkin nümayəndələrinin üzərinə xüsusi vəzifələr düşür. Cəbhələşmələri və düzülüşləri tanınmaq, habelə düzgün mövqe seçmək qısamüddətli vəzifə, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmaq ortamüddətli vəzifədir. Siz əziz gənclər hər iki sahədə özünüzü daha yaxşı göstərə və mübarək İslam adı ilə bəzənən təşkilatlarınıza olan ümidi doğrulda bilərsiniz. Qüdrətli və həkim olan Allahdan sizə bol müvəffəqiyyətlər diləyirəm." (Rasthaber) Oxşar xəbərlər
|