İran Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırıb
Bağdadda keçirilməsi nəzərdə tutulan Tehran - ər-Riyad danışıqlarının beşinci turu Səudiyyə Ərəbistanında kütləvi edamlara görə dayandırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi ölkədə “terrorçuluqda”, “azğın fikirlərə malik olmaq”, “xaricə bağlı düşüncəyə sahib olmaq”, "mütəşəkkil cinayətkarlıq” və sair ittihamlarla 81 nəfər barədə verilmiş edam hökmlərini icra edib. Səudiyyə Ərəbistanında müxalifət mənbələri edam edilənlərin yarısının şiələrin kompakt yaşadığı əl-Qətif bölgəsindən olduqları, onların bir qisminin 2011-ci ildəki etirazlarda həbs edilənlər olduğunu deyiblər. Bu mənbələr qeyd edirlər ki, edam edilənlər arasında 13 yaşında həbs edilmiş Abdullah Zahir adlı bir gənc də var. (SalamNews) Oxşar xəbərlər
|