Almaniya: NATO Ukraynadakı münaqişəyə müdaxilə etməyəcək
NATO Ukraynadakı münaqişəyə müdaxilə etməyəcək.
Bu barədə Almaniyanın müdafiə naziri Kristine Lambrext bəyan edib. O, rəsmi Kiyevə çoxtərəfli, həmçinin silah yardımının edildiyini deyib. “NATO döyüşən tərəf olmayacaq, bu, belə də qalacaq“, - deyə almaniyalı nazir qeyd edib. Lambrext Ukraynada uçuş üçün qadağan edilmiş zonanın yaradılması ideyasının da əleyhinə çıxış edib. “(Belə bir addımın) nəticələri gözlənilməz olardı. Ona görə də biz belə bir zonanın yaradılmamasına dair qərar qəbul etdik“, - deyə o əlavə edib. (İslamazeri.com) Oxşar xəbərlər
|